Azərbaycanda gəmi 115 min manata özəlləşdirildi

16.09.2026

Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin ötən gün keçirdiyi hərracda 14 nəqliyyat vasitəsi satılıb ki, bunlardan biri "Point Brower D" markalı gəmidir.

"AzPolitika" bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, hərracda start qiyməti 4 500 manat olan "Volkswagen Polo" markalı avtomobil 6 600 manata, ilkin qiyməti 6 750 manat olan "Land Rover Frelander" markalı nəqliyyat vasitəsi 7 200 manata satılıb. Gəmi isə 115 000 manata alınıb.

Bövbəti hərraclar 22 və 29 sentyabrda keçiriləcək. Hərraclarda iştirak etmək istəyənlər "www.emlak.gov.az" və "www.auksion.gov.az" saytlarından seçim edə bilərlər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью