Azərbaycanda gəmi 5 ci dəfə endirimlə satışa çıxarılır Hərrac

26.08.2026

Icma.az, Banco.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Müəllif: Gülnar Əhmədli, Banco.az

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) 15 sentyabr 2026-cı il tarixində hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısını açıqlayıb.

Banco.az quruma istinadən xəbər verir ki, həmin tarixdə Dövlət Sərhəd Xidmətinə məxsus gəmi də satışa çıxarılacaq. 

Qeyd edilib ki, gəmi "Point Brower D" markalıdır. Dövlət nömrə nişanı S-104, buraxılış ili isə 1969-cu ildir. 

Gəminin start qiyməti 115 000 AZN-dir. Gəmi 5-ci dəfə 50% endirimlə təkrar hərraca çıxarılır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью