Azərbaycanda gəmilər satışa çıxarıldı SİYAHI

22.11.2024

Icma.az, Milli.az portalına istinadən məlumat verir.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) balansında olan 35 su nəqliyyatı vasitəsini açıq hərraca çıxarır.

Milli.Az bildirir ki, bu barədə Dövlət Xidməti məlumat yayıb.

Hərrac dekabrın 24-də, saat 10:00-da Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) keçiriləcək.

Hərraclarda iştirak etmək istəyən şəxslər lazımi sənədləri hərracın başlanmasına ən geci 3 bank günü qalana qədər Əmlak Xidmətləri Məkanına təqdim etməli, ASCO-nun hesabına beh ödəməlidir.

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью