Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycanda tibbi məlumatların elektron sistemlərdə düzgün qeyd olunması məsələsi yenidən gündəmə gəlib.
Vətəndaşlar bəzi tibbi arayışlarda yanlış və ya uyğunsuz məlumatların qeydə alınmasından narazlıq edirlər.
“Cebheinfo.az” xəbər verir ki, vətəndaş Fadil Paşayev “Facebook” hesabında qızının işə qəbul üçün aldığı tibbi arayışda ciddi uyğunsuzluq aşkarlandığını bildirib. Onun sözlərinə görə, TƏBİB-in elektron sistemində qızının xəstəlik tarixçəsinə “Yakob xəstəliyi zamanı demensiya” diaqnozu yerləşdirilib.
Bu xəstəlik dünyada nadir hallarda rast gəlinir və sonuncu dəfə 1998-ci ildə Böyük Britaniyada qeydə alınıb. O, belə bir xəstəliyin yalnız ölü şəxsin beyin toxumasının laborator müayinəsi ilə müəyyən edilə biləcəyini vurğulayıb.
Vətəndaş iddia edir ki, məlumatın sağlam şəxsin tibbi sənədində görünməsi ciddi narahatlıq doğurur və yanlışlıq həm şəxsi, həm də dövlət maraqlarına təsir edə bilər. F.Paşayev məsələ ilə bağlı iki ay əvvəl Səhiyyə Nazirliyi və TƏBİB-ə müraciət etdiyini bildirib.
TƏBİB-in nümayəndəsi problemin Səhiyyə Nazirliyinin səhvi olduğunu qeyd edib, Sumqayıt TƏBİB-i isə bu uyğunsuzluğu “texniki hərf səhvi” kimi qiymətləndirərək tez bir zamanda aradan qaldırılacağını vəd edib.
Lakin iki aydan çox müddət keçməsinə baxmayaraq, problem hələ də həll olunmayıb. Mövzu ilə bağlı TƏBİB və Səhiyyə Nazirliyinin mövqeyi öyrənməyə çalışırıq.
Gülər
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin