Azərbaycanda gənc yazıçı vəfat etdi

04.12.2024

Lent az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Gənc yazar Mətanət Qüdsi vəfat edib.

Lent.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Paralampiya Komitəsinin üzvü İlham Məhərrəmov sosial şəbəkə hesabında yazıb.

Onun hansı səbəbdən vəfat etdiyi açıqlanmayıb.

Qeyd edək ki, əslən Şəmkirdən olan fiziki məhdudiyyətli 27 yaşlı M.Qüdsi daim aktiv olaraq ictimai sferada fəaliyyət göstərirdi. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью