Azərbaycanda gənclər siyasəti keyfiyyətcə yeni mərhələsini yaşayır MÜNASİBƏT BİLDİRİLDİ | …
Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır. "Məlumunuzdur ki, Azərbaycanda 2 fevral - Gənclər Günüdür.
Ümummilli Lider Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib".
Bu sözləri SİA-ya açıqlamasında deputat Müşfiq Cəfərov deyib.
O bildirib ki, 1997 - ci ildən etibarən həmin gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanılıb: "Ulu Öndər Heydər Əliyevin 1997-ci ildə imzaladığı fərmanla təsis olunan bu əlamətdar gün gənclərimizin cəmiyyətdəki roluna verilən yüksək qiymətdir.
Ümummilli Lider tərəfindən təməli qoyulmuş və bu gün davam etdirilən dövlət gənclər siyasəti uğurla davam edir.
Ümummilli Lider gənclər sahəsində dövlət siyasətinin uğurla həyata keçirilməsi məqsədilə bu sahənin zəruri qanunvericilik bazasının formalaşdırılmasını təmin edib.
Dövlətimiz tərəfindən gənclərin sosial, iqtisadi və digər problemlərinin həllinə yönələn, onların öz qabiliyyətlərinin inkişaf etdirmələrinə kömək edən fərman və sərəncamlar, qanunlar və Dövlət proqramları qəbul olunub.
Bu dövlət proqramları gənc nəslin mütəşəkkil qüvvə kimi formalaşmasına, onların mənəvi-ideoloji cəhətdən tam yetkinləşməsinə, sosial problemlərinin həllinə, faydalı məşğulluğunun təmin olunmasına müsbət təsir göstərib.
Tam oxu
Xəbəri oxu