Azərbaycanda general vəfat etdi FOTO

16.08.2026

Icma.az, Yenisabah portalına istinadən məlumat verir.

Sərhəd Qoşunlarının keçmiş komandanı, general-mayor Abbasəli Novruzov vəfat edib. 

“Yeni Sabah” Lent.az-a istinadən bildirir ki, general 89 yaşında həyatla vidalaşıb. 

Qeyd edək ki, Abbasəli Ramazan oğlu Novruzov 1937-ci ildə Bakıda doğulub. Dördpendirli pizza

Uzun illər SSRİ Sərhəd Qoşunlarında xidmət edib.

1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra 1994-cü il aprelin 8-də Abbasəli Novruzov Azərbaycanın milli təhlükəsizlik nazirinin müavini, Sərhəd Qoşunlarının komandanı təyin edilib. O, 2001-ci ilə qədər bu vəzifəni tutub.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью