Azərbaycanda general vəkil oldu

06.11.2024

Unikal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyasının keçmiş rəisi, polis general-mayoru, hüquq üzrə elmlər doktoru Nazim Əliyev vəkil kimi fəaliyyətə başlayıb.

"Unikal" xəbər verir ki, Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin noyabrın 4-də keçirilən iclasında hüquq elmləri doktoru Nazim Əliyevin VK üzvlüyünə qəbul olunması məsələsinə baxılıb və müsbət qərar qəbul edilib.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью