Azərbaycanda generala 11 il 6 ay həbs cəzası VERİLDİ | Icma.az
Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Redaktor.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər son söz deyiblər.
General Nizami Məmmədov son sözündə çıxış edərək özünü qismən təqsirli bilib, lakin bəzi məbləğləri qəbul etməyib.
O, Məlikməmməd Qurbanovdan 800 min manat almadığını deyib: "143 milyon manat məbləğ şişirdilib. Üzərimə düşən məbləği geri qaytarmışam".
Cəlal Kazımov da son sözündə məbləğlərin şişirdildiyini və ona verilən ittihamların bir qismini qəbul etdiyini deyib.
Digər təqsirləndirilən şəxslər də onlara verilən ittihamı qismən qəbul etdiklərini və onlara yeyinti kimi yazılan məbləğin düzgün olmadığını qeyd ediblər.
Məhkəmədə hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən şəxslər hər biri iki il müddətə maddi və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilib
Tam oxu
Xəbəri oxu