Azərbaycanda geyim marketinqində nəyi təbliğ edirlər? | Icma.az
Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Ümumiyyətlə, Azərbaycanda müstəqilliyimizi ikinci dəfə bərpa edəndən sonra bir çox sahələrdə olduğu kimi paltar, geyim, davranış mədəniyyətində də dövlətin verdiyi azadlıq, sərbəstlik çox səhv anlaşıldı və daha çox liberal, hətta radikal dəyişikliklərə aparıb çıxardı".
Bu sözləri SİA-ya açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxananın təsisçisi, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.
O bildirib ki, Sovet dövründə hər bir sahənin adamları məktəbdən tutmuş, hətta din xadimlərinə qədər, universitet məllimlərinə qədər həm xüsusi formaları vardı, həm də onların geyiminə dövlət orqanları nəzarət edirdi: "Əlbəttə, biz bu totalitar nəzarət sistemindən imtina etmişik və ona geri qayıtmaq istəmirik.
Amma bu heç də o demək deyil ki, insanlarımız istər davranışında, istər digər şeylərə münasibətdə, istərsə də geyim mədəniyyətində radikal dəyişikliklərə gedib çıxsınlar.
Bəzən Azərbaycanın paytaxtında gəzəndə nəinki yava gəzən qadınlar və yaxud kişilər, hətta mədəni ailədən olan uşaqlar, gənclər, cavanlar, hətta yaşlı qadınların geyiminə fikri verəndə adamı dəhşət bürüyür.
Əslində, məhz bu təlabatdan irəli gələrək qeyim mağazaları, supermarketlər, hətta Binə və Sədərək ticarət mərkəzləri belə artıq bizim milli, mental dəyərlərə nisbətən cavab verən, nisbətən qapalı, bağlı paltarlar, qeyimlər deyil, açıq-saçıq, hətta kəsimi çox yüksək olan cırıq deşikləri az qala alt paltarını göstərən paltarları dəba halına gətirdi və ümumi satışa buraxdı.
Bir nəfər başdan psixoloji problemi olan müğənni bunu geyinir, yaxud geyindirirlər, adiləşir, ümumiləşir.
Tam oxu
Xəbəri oxu