Azərbaycanda gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları 5 % artıb

23.12.2024

Report.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın dövlət büdcəsinə gömrük daxilolmaları 6 milyard 2,255 milyon manat təşkil edib.

“Report” Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5 % çoxdur.

O cümlədən, son 1 ildə gömrük rüsumları üzrə daxilolmalar 23,5 % artaraq 1 milyard 846,47 milyon manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 1,2 % azalaraq 3 milyard 931,702 milyon manat, aksizlər üzrə daxilolmalar 10,2 % azalaraq 184,827 milyon manat, yol vergisi üzrə daxilolmalar isə cüzi azalaraq 39,255 milyon manat olub.

Bizim Telegram kanalımıza abunə olun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью