Azərbaycanda gömrük rüsumları üzrə daxilolmalar proqnozu üstələyib

27.05.2025

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

2024-cü ildə Azərbaycanda gömrük rüsumları üzrə 1 milyard 757 milyon manat proqnoza qarşı icra 1 milyard 790,7 milyon manat və yaxud 33,7 milyon manat (1,9 %), 2023-cü illə müqayisədə isə 163,6 milyon manat və yaxud 10,1 % çox olub.

525.az bu barədə "2024-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinə istinadən xəbər verir.

Məlumata görə, ötən il idxalda ƏDV-nin proqnozla müqayisədə artıq icra olunmasının əsas səbəbi faktiki idxalın makroiqtisadi proqnozlarda nəzərdə tutulandan çox olmasıdır. Belə ki, 2024-cü ildə proqnozla idxalın dəyəri 17 milyard 222,7 milyon ABŞ dollarına qarşı 21 milyard 58 milyon ABŞ dolları və yaxud 3 milyard 835,3 milyon ABŞ dolları (22,3 %) çox (Dövlət Neft Fondunın qızıl idxalı nəzərə alınmadan 522,4 milyon ABŞ dolları və yaxud 3 %) təşkil edib.

Eyni zamanda, gömrük rüsumuna cəlb olunan idxal mallarının 2023-cü illə müqayisədə 217 milyon ABŞ dolları və yaxud 2,9 % artması əsasən hibrid avtomobillər idxalının 255,9 milyon ABŞ dolları, mobil cihazların isə 105,5 milyon ABŞ dolları gömrük rüsumları üzrə əlavə daxilolmalara səbəb olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью