Azərbaycanda gözlənilməz artım Rəqəmlər açıqlandı

09.10.2026

Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.

Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatları vasitəsilə qeydə alınan dövriyyə 9 ayda 23,3 milyard manatı ötüb.

“Yeni Sabah” xəbər verir ki, 2026-cı ilin yanvar-sentyabr aylarında yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 23 milyard 328,9 milyon manat təşkil edib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 milyard 51,7 milyon manat və ya 15,1 faiz çoxdur.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil NKA-ların tətbiqi istiqamətində işlər davam etdirilir. İndiyədək ölkə ərazisində 116 min 908 belə aparat quraşdırılıb. Sezar pizza

Yeni nəsil nəzarət-kassa aparatlarından istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və ticarət dövriyyəsinə nəzarətin gücləndirilməsinə imkan yaradır.

Aytac Əliyeva


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью