Azərbaycanda güclü qar: məktəblər bağlanacaqmı? Açıqlama | Icma.az
Icma.az, GlobalInfo portalına istinadən məlumat verir. Hazırda ölkənin bəzi yerlərində şaxtalı və yağıntılı hava şəraiti davam edir.
Belə durumlarda əsasən məktəblərdə dərslərin keçirilib-keçirilməyəcəyi müzakirə mövzusu olur.
Əksər valideynləri və şagirdləri düşündürən məsələ isə tədrisin hansı hallarda dayandırıla biləcəyidir.
Kəskin dəyişən hava şəraitinə görə məktəblər bağlana bilərmi?
Globalinfo.az-a danışan Milli Məclisin elm və təhsil komitəsinin üzvü, deputat Elçin Mirzəbəyli deyib ki, bu kimi hallar qanunvericiliklə birbaşa tənzimlənmir: “Fors-major hadisə baş verdikdə məktəblərin və iş yerlərinin bağlanması ilə bağlı qərarları aidiyyəti qurumlar qəbul edir.
Əgər söhbət təhsil müəssisələrindən gedirsə, bu barədə qərarı Elm və Təhsil Nazirliyi verməlidir.
Belə hadisələr ayrı-ayrı regionlarda da baş verə bilər. Qar yağışı və onun hərəkətin məhdudlaşmasına səbəb olması halları adətən bütün ölkən
Bu zaman mövcud durum nəzərə alınaraq müvafiq qərarlar qəbul olunur”.
Tam oxu
Xəbəri oxu