Azərbaycanda güclü YANĞIN: xəsarət alan var

04.12.2024

Publika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ağstafada fərdi yaşayış evində yanğın baş verib.

Publika.az Azərtac-a istinadən xəbər verir ki, hadisə rayonun Poylu kəndində qeydə alınıb. Evin qonaq otağında olan paltarlar qaz sobasının üzərinə düşüb və yanğın olub. Dərhal əraziyə FHN-in əməkdaşları cəlb olunub.

Yanğın söndürülüb, yanğının digər ərazilərə keçməsinin qarşısı alınıb.

Hadisə zamanı 1969-cu il təvəllüdlü S.Qasımova yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilib.

Yanğının başvermə səbəbləri araşdırılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью