Azərbaycanda güclü zəlzələ gözlənilir? AÇIQLAMA

10.09.2026

Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, bu gün yerli vaxtla saat 05:52-də Xəzər dənizində zəlzələ olub.

Zəlzələnin maqnitudası 3,1 olub.

Zəlzələnin ocağı 31 kilometr dərinlikdə yerləşib.

Bəs hazırda ölkədə seysmoloji vəziyyət necədir?

Mövzu ilə bağlı Milli.Az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin şöbə müdiri Vüsalə Rafiqqızı bildirib ki, hal-hazırki saata qədər fon səviyyəsindədir.

"Yəni xırda təkanlar həmişə var seysmik bölgələrdə. Bu saata qədər narahatçılıq doğuran heç bir hal yoxdur", - deyə o qeyd edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью