Azərbaycanda güclü zəlzələ oldu

23.11.2024

Hurriyyet portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Noyabrın 23-də Laçın rayonu ərazisində 4.5 maqnitudalı zəlzələ olub.

Hurriyyet.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, dərinliyi 10 km olan zəlzələ yerli vaxtla 12:10-da baş verib.

Yeraltı təkanlar Qarabağ və Şərqi Zəngəzurda hiss olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью