Azərbaycanda gün ərzində İKİNCİ ZƏLZƏLƏ

31.07.2025

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Lənkəran-Lerik sərhəddində zəlzələ qeydə alınıb.

Modern.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Bildirilib ki, yeraltı təkan yerli vaxtla 14:03-də baş verib.

3.5 maqnitudalı zəlzələnin dərinliyi 33 km-dir.

Qeyd edək ki, bundan əvvəl səhər saatlarında Daşkəsən stansiyasından 31 km cənub-qərbdə, Kəlbəcər rayonu ərazisində zəlzələ qeydə alınıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью