Azərbaycanda günəbaxan istehsalı 6,3 % artıb

25.11.2024

Icma.az, Report.az portalına istinadən məlumatı açıqlayır.

Bu ilin yanvar-oktyabr aylarında sahələrdən 31,1 min ton günəbaxan yığılıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 6,3 % çoxdur.

“Report” bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.

Bildirilir ki, 2024-cü təsərrüfat ili üzrə günəbaxan sahələrində yığım başa çatmaq üzrədir.

"Ölkədə günəbaxan əkinləri dövlət tərəfindən subsidiyalaşdırılır. Aqrar Subsidiya Şurasının qərarına əsasən, növbəti təsərrüfat ilində müasir suvarma sistemləri ilə təmin olunmuş sahələrdə günəbaxan becərən fermerlərə hər hektara görə 180 manat, müasir suvarma sistemləri quraşdırılmamış sahələrdə günəbaxan becərilməsinə görə isə hər hektara görə 120 manat subsidiya ödəniləcək”, - məlumatda deyilir.

Bizim Telegram kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью