Azərbaycanda hakim futbol oynayarkən vəfat edib FOTO İdman və Biz

14.11.2024

Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Siyavuş Hacıyev vəfat edib.

İdman.biz Bakupost.az-a istinadən xəbər verir ki, Hacıyev Bakıdakı meydançaların birində futbol oynayarkən səhhəti anidən pisləşib.

Hadisə yerinə təcili tibbi yardım çağırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. O, ürək tutmasından dünyasını dəyişib.

Qeyd edək ki, Hacıyev 1961-ci ildə anadan olub. O, uzun müddət hüquq-mühafizə orqanlarında müxtəlif vəzifələrdə çalışıb, daha sonra fəaliyyətini hakim kimi davam etdirib. 2018-ci ildən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi olub.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью