Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Aynur Rzayeva yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirib.
Globalinfo.az “Report”a istinadla xəbər verir ki, hadisə Novxanı-Pirşağı yolunda qeydə alınıb.
İlkin məlumata görə, A.Rzayevanın idarə etdiyi “Nissan” markalı avtomobil digər nəqliyyat vasitəsilə toqquşub. Nəticədə hakim hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.