Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
"2025-ci ildə Azərbaycanda dövlət büdcəsindən dövlət sifarişi ilə ali təhsil xərcləri üçün 570 milyon manat ayrılması nəzərdə tutulur".
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaya və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında - "2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi ilə bağlı müzakirələrdə maliyyə naziri Samir Şərifov bildirib.
Onun sözlərinə görə, bu, 2024-cü illə müqayisədə 21,8 % çoxdur.
"Həmin vəsaitin 41 milyon manatı güzəştli kateqoriyadan olan vətəndaşlarımız üçün nəzərdə tutulub.
Bundan başqa, aztəminatlı təbəqənin təhsil davamlılığını təmin etmək üçün Təhsil Tələbə Kredit Fondunun nizamnamə kapitalı 126 milyon manata çatdırılacaq", - deyə nazir qeyd edib.
Qeyd edək ki, son illər dövlət sifarişli yerlərdə artım olsa da, bəzi ekspertlər ümumilikdə ölkədə ali təhsillilərin sayının az olduğunu deyirlər.
Ali təhsil xərclərinin artırılması təhsilli insanların sayını artıracaqmı? Ümumiyyətlə, puluz təhsil imkanlarını çoxaldacaq?