Azərbaycanda hansı qida məhsulları bahalaşıb? Statistika

11.08.2025

Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanda cari ilin iyul ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox bahalaşma uzun düyü, mal və qoyun əti, kolbasa məmulatları, günəbaxan və qarğıdalı yağları, limon, albalı, gilas, ərik, göyərti və şokolad məmulatlarının qiymətlərində müşahidə edilib.

Yenisabah.az Dövlət Statistika Komitəsinə istinadlan xəbər verir ki, ucuzlaşma isə yumurtanın, bananın, almanın, armudun, gavalının, şaftalının, qarpızın, yemişin, üzümün, ağ kələmin, xiyarın, pomidorun, şirin bibərin, badımcanın, lobyanın, süfrə çuğundurunun, yerkökünün, soğanın, kartofun qiymətlərində olub.

Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib. pizza mizza


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью