Azərbaycanda hava KƏSKİN DƏYİŞİR: leysan, dolu qar olacaq

15.11.2025

Icma.az, Lent az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Noyabrın 16-sı axşam Azərbaycanın qərb rayonlarından başlayaraq 17-si gündüzədək bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən xəbərə görə, ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var.

Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı ehtimal olunur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью