Azərbaycanda hava qəfil dəyişdi Bu rayonlara leysan yağdı

05.07.2026

Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ölkə ərazisinin bəzi yerlərində arabir şimşək çaxıb, yağış yağıb. Yağıntılar ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olub.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin saat 10:00-a olan məlumatında qeyd edilib.

Bildirilib ki, düşən yağıntının miqdarı Gədəbəydə 18, Daşkəsəndə 17, Lerikdə 10, Gəncədə 9, Göygöl, Tovuzda 5, Balakəndə 4, Şəmkir, Şahbuzda 3, Cəbrayılda 2, Naxçıvan, Culfa, Qax, Zaqatala, Oğuz, İsmayıllı, Xaltan, Şahdağ, Mingəçevir, Göyçay, Yardımlı, Goranboy, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzulidə 1 mm-dir. Dominos pizza

Naftalanda şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti 15 m/s-yə çatır.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью