Azərbaycanda hazır çay ehtiyatları bir il ərzində 2 dəfə artıb

22.08.2026

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 6 min 537 ton çay istehsal edilib.

525.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1,9 % azdır.

Avqustun 1-nə müəssisələrin anbarlarında 174,1 ton hazır məhsul ehtiyatı olub, bu da bir il əvvəlki göstəricidən 2 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycanda 3 milyard 164,9 milyon manatlıq qida məhsulları istehsal edilib ki, bu da illik müqayisədə 9,6 % çoxdur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью