Azərbaycanda hazırlanan 850 illik Quran Londonda FOTO

10.11.2024

Icma.az bildirir, Milli.az portalına istinadən.

Azərbaycanda hazırlanmış çox nəfis Quran kitabı Böyük Britaniyada, Londonda "The Khalili Collections"da saxlanılır. 1175-1225-ci illərə aid bu kitab böyük ehtimalla Naxçıvanda, Culfada hazırlanıb.

Milli.Az kult.az-a istinadla xəbər verir ki, bu barədə tarixçi alim, dosent Zaur Əliyev məlumat paylaşıb.

O bildirib ki, əsas mətn mühəqqaq xətti ilə, ikinci dərəcəli mətnlər kufi və nəsx xətti ilə yazılıb:

"Bu, Azərbaycan Atabəylər dövlətininin sonuncu hökmdarı Öz Bəy Müzəffərəddinin baş vəziri Əbül-Qasım Harun ibn Əli ibn Zəfərə həsr olunmuş yeddi hissəli Quran nüsxəsidir".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью