Azərbaycanda hazırlanan 850 illik Quran Londonda Foto

14.11.2024

Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanda hazırlanmış çox nəfis Quran kitabı Böyük Britaniyada, Londonda "The Khalili Collections"da saxlanılır. 1175-1225-ci illərə aid bu kitab böyük ehtimalla Naxçıvanda, Culfada hazırlanıb.

Kult.az xəbər verir ki, bu barədə tarixçi alim, dosent Zaur Əliyev məlumat paylaşıb.

O bildirib ki, əsas mətn mühəqqaq xətti ilə, ikinci dərəcəli mətnlər kufi və nəsx xətti ilə yazılıb:

“Bu, Azərbaycan Atabəylər dövlətininin sonuncu hökmdarı Öz Bəy Müzəffərəddinin baş vəziri Əbül-Qasım Harun ibn Əli ibn Zəfərə həsr olunmuş yeddi hissəli Quran nüsxəsidir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью