Azərbaycanda hazırlanan 850 illik Quran Londonda FOTO KONKRET

10.11.2024

Konkret.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanda hazırlanmış çox nəfis Quran kitabı Böyük Britaniyada, Londonda “The Khalili Collections”da saxlanılır. 1175-1225-ci illərə aid bu kitab böyük ehtimalla Naxçıvanda, Culfada hazırlanıb.

KONKRET.az xəbər verir ki, bu barədə tarixçi alim, dosent Zaur Əliyev məlumat paylaşıb.

O bildirib ki, əsas mətn mühəqqaq xətti ilə, ikinci dərəcəli mətnlər kufi və nəsx xətti ilə yazılıb:

“Bu, Azərbaycan Atabəylər dövlətininin sonuncu hökmdarı Öz Bəy Müzəffərəddinin baş vəziri Əbül-Qasım Harun ibn Əli ibn Zəfərə həsr olunmuş yeddi hissəli Quran nüsxəsidir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью