Azərbaycanda həbsxanada təhsil alanların SAYI

21.11.2026

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanda 2025/2026-cı tədris ilinin əvvəlində cəzaçəkmə və tərbiyə müəssisələrinin nəzdində fəaliyyət göstərən 5 ümumtəhsil məktəbində 637 nəfər təhsil alıb.

Modern.az -ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, şagirdlərin 437-si X və XI siniflərdə oxuyub. Bu həmin məktəblərdə təhsil alanların təxminən 69 faizidir.

Əvvəlki tədris ilinin başlanğıcında bu məktəblərdə 666 şagird olub. Bir il ərzində şagirdlərin sayı 29 nəfər azalıb, məktəblərin sayı isə 5 olaraq qalıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью