Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Həcc ziyarəti üçün ayrılan kvotanın indiyədək cəmi 27 faizi üzrə qeydiyyat aparılıb.
Bunu Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc Elektron Sisteminin rəhbəri Vüsal Cahangiri bildirib.
"Nəzərdə tutulan kvotanın təxminən 27 faizi dolub", - deyə o qeyd edib.
Xatırladaq ki, həcc ziyarəti üçün ümumvətəndaş pasportu (ən azı 1 il vaxtı olmalıdır), şəxsiyyət vəsiqəsinin surəti, 5 sm × 5 sm ölçüdə 2 ədəd ağ fonda çəkilmiş rəngli fotoşəkil (qadınlar tünd hicabda), sağlamlıq haqqında arayış tələb olunur. Sənədlərin qəbulu iş günləri ərzində saat 10:00-dan 16:00-a kimi Qafqaz Müsəlmanları İdarəsinin Bakı şəhəri, Mirzə Fətəli küçəsi 7 ünvanında yerləşən inzibati binasında aparılır.
Günəş Mərd