Azərbaycanda həkim reklamının qadağan olunması təklif edilib

03.02.2025

Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Reklam haqqında qanuna dəyişiklik edilsin. Tibbi xidmətdə nələri reklam etmək olar, nəyi yox, müəyyənləşsin.

APA xəbər verir ki, bunu Milli Məclisin yaz sessiyasının ilk iclasında parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

Deputat bildirib ki, bütün dünyada həkimi şəxs olaraq, reklam etmək qadağandır: “Bizdə də qadağan olunmalıdır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью