Azərbaycanda həkim stomatoloq HƏBS EDİLDİ

02.09.2025

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

Beyləqan Rayon Mərkəzi Xəstəxanasının sabiq şöbə müdirinin oğlu, həkim-stomatoloq Fuad Quliyev cinayət məsuliyyətinə cəlb edilib.

Bakıvaxtı.az xəbər verir ki, o, müxtəlif şəxslərin etibarından sui-istifadə edərək pul vəsaitlərini ələ keçirməkdə təqsirləndirilir.

Onun rayonda stomatoloji xidmət göstərəcəyi adı ilə ayrı-ayrı şəxslərin 4.500, 4.000, 2.600, 800 və 600 manat məbləğlərində pul vəsaitlərini ələ keçirməsi məlum olub.

DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə vətəndaşlar tərəfindən daxil olan müraciətlər əsasında F.Quliyev barəsində Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə cinayət işi başlanıb və məhkəmə qərarı ilə həbs olunub. 

Fakt üzrə istintaq tədbirləri davam etdirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью