Azərbaycanda həkim və tibbi heyətin sayı açıqlandı

11.12.2025

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanda 32 min nəfər ixtisaslı həkim var.

"Cebheinfo.az" xəbər verir ki, bunu İcbari Tibbi Sığorta Agentliyinin (İTSA) Tibbi planlama departamentinin rəhbəri Hikmət İbrahimli qurumun Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına təşkil etdiyi mediatur zamanı deyib.

O bildirib ki, Azərbaycanda adambaşına düşən həkim və tibbi heyət standartlara uyğundur: “Hazırda ölkədə tibbi heyətin sayı 100 min nəfərə çatıb. Onlardan 32 min nəfəri ixtisaslaşmış həkimlərdir. Bu da onu deməyə əsas verir ki, Azərbaycanda həkim çatışmazlığı yoxdur”.

Qeyd edək ki, Azərbaycanda əhalinin hər 1000 nəfərinə düşən həkim sayı 3,2 təşkil edir. Bu göstərici 2018-2021-ci illərin məlumatlarına əsasən, Avropa Birliyi ölkələrində 3,9, OECD (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı) ölkələrində isə 3,6 təşkil edir.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью