Azərbaycanda həkim yad cisim udan uşağa soyuqlama əleyhinə müalicə yazdı

07.04.2025

Icma.az, Olke.az portalına istinadən məlumat verir.

Azərbaycanda həkim nəfəs borusunda yad cisim qalan uşağa soyuqlama əleyhinə müalicə yazıb.

Ölkə.Az xəbər verir ki, bu iddia ilə pediatr Aytən İsmayılzadə çıxış edib. O, hadisənin Zaqatala rayonunda baş verdiyini bildirib:

“Uşaqdan gecələr yatanda qəribə səs gəlirmiş, öskürək, xışıltı narahat edirmiş. Anası uşağı həkimə apararaq rentgen etdirib. Rentgen şəklində bronxda ilişib qalan yad cisim açıq-aşkar görünsə də, həkim uşağa soyuqlama əleyhinə müalicə yazıb. Bir aydan çox müddətdə uşağın düzəlmədiyini görən ana uşağı yenə rentgen etdirib və özü bu qeyri-adi görüntünün fərqinə varıb O, müqayisə üçün özü də ultrasəs müayinədən keçib.

Sonra mənə göndərdi ki, uşağın bronxunda olan nədir? Bu, udulmuş və nəfəs yoluna düşmüş bir knopkadır, aydın görünür. Amma necə olur ki, bunu həkim görmür, rentgen həkimi demir, uşağa soyuqlama müalicəsi yazılır? Mütləq şəkildə araşdırılmalı məsələdir.  Bu məsuliyyətsizliyi edən valideyn deyil, həkimlərdir”,- deyə o əlavə edib.

Bilurə Yunus

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью