Medicina saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ekspertlər deyir ki, limitin tətbiq edilməsi xəstələrin xeyrinədirSon vaxtlar xəstəxanalara müraciət edən xəstələrin bir qismi həkimlərin qəbuluna düşə bilmir.
Bunun səbəbi müxtəlif amillərlə bağlıdır.Sosial şəbəkələrdə belə məlumatlar yayılıb ki, bir sıra xəstəxanalarda pasiyentin müraciəti zamanı həkim gün ərzində 30 nəfərlik limitinin dolduğunu və əlavə xəstəni qəbul edə bilməyəcəyini bildirir.Bu da bir faktdır ki, xəstə bəzən həkimin qəbuluna düşməklə bağlı qəbz almaq üçün uzun müddət növbədə gözləməli olur.
Nəticədə isə həkim limitinin dolduğunu bildirdikdə pasiyent yenidən gəlməli olur.TƏBİB-dən Cebheinfo.az-ın sorğusuna cavab olaraq bildirilib ki, ümumiyyətlə, ambulator şəraitdə pasiyent qəbulunda həkimlər üçün heç bir məhdudiyyət və ya limit tətbiq olunmur: “Əmək müqaviləsi şərtlərinə uyğun olaraq həkimin gündəlik iş saatı ərzində (6 saat, ixtisasından asılı olaraq fərqli ola bilər) müraciət edən hər bir pasiyent qəbul olunaraq, müayinə olunmalıdır.
"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydasına uyğun olaraq ixtisaslı həkim müayinəsi xidmətinə görə limit həkimin müayinə etdiyi xəstə sayına görə aylıq həvəsləndirici əlavəyə (bonus) görə tətbiq edilir və gündəlik 35 (otuz beş) nəfər olmaqla müəyyən edib".Qeyd edilib ki, əlavə olaraq həkimlərə ixtisasından və vəzifəsindən asılı olaraq vəzifə tarif maaşı, həmçinin sabit aylıq həvəsləndirici əlavələr ödənilməkdədir:"Bu, o deməkdir ki, pasiyent sayından asılı olmayaraq, gündəlik iş saatının sonuna qədər növbə gözləyən pasiyentlərin qəbul edilməsi həkimin vəzifə borcudur.
Onu da nəzərə çatdıraq ki, təcili və təxirəsalınmaz tibbi yardıma ehtiyacı olan xəstələrə, şəhid ailə üzvləri və müharibə iştirakçılarına TƏBİB-in tabeliyindəki tibb müəssisələrində növbədənkənar tibbi xidmətlər göstərilməkdədir”.Qeyd edək ki, xəstəxanalarda limitin tətbiq edilməsi bundan əvvəl də qalmaqala səbəb olmuşdu.
Belə ki, bir müddət əvvəl “Yeni Klinika”da onlayn növbəyə yazılan vətəndaşla həkim arasında mübahisə yaranıb.
Bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb. Belə ki, vətəndaş növbəyə yazılsa da, həkim gündəlik 30-35 xəstə limiti olduğunu bildirərək