Azərbaycanda həmin gün evlənənlərin sayı rekord vurdu AÇIQLAMA

08.06.2026

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İyunun 6-da (06.06.2026-cı il) Ədliyyə Nazirliyinin qeydiyyat orqanları tərəfindən 556 nikahın bağlanması dövlət qeydiyyatına alınıb.

Modern.az -ın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyinin məlumat verilib.

Məlumata əsasən, qeyd olunan tarixdə ölkə üzrə yüzlərlə ailənin rəsmi nikah qeydiyyatı aparılıb. Nikahların dövlət qeydiyyatı qanunvericiliyə uyğun olaraq qeydiyyat şöbələri və aidiyyəti qurumlar vasitəsilə həyata keçirilir.

Qeyd edək ki, Azərbaycanda son rəsmi statistikaya əsasən, gündəlik orta hesabla 130-135 cütlük (təxminən 270 nəfər) rəsmi olaraq evlənir. Bu rəqəm il ərzində qeydə alınan ümumi nikah göstəricilərinin günlərə bölünməsi ilə hesablanır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью