Azərbaycanda hər 6 mənzildən yalnız 1 i ipoteka ilə alınır

22.09.2026

Marja.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanda təkrar mənzil bazarında ipoteka kreditlərindən istifadənin payı 15,2% təşkil edib.

Marja.az “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin təhlilinə istinadən xəbər verir ki, 2025-ci ildə qeydə alınmış 41 606 mənzil əqdindən 6 332-si ipoteka krediti ilə maliyyələşdirilib.

VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

İpoteka vasitəsilə alınmış mənzillərin ümumi maliyyələşmə məbləği 681 milyon 649 min 719 manat olub. Bu da bütün alqı-satqı məbləğinin 12,6%-nə bərabərdir.

İpotekadan istifadə Bakıda daha yüksəkdir: paytaxtda əqdlərin 19,9%-i ipoteka hesabına həyata keçirilib. Gəncədə isə bu göstərici cəmi 6,8% olub.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью