Azərbaycanda hər gün 32 uşaq nikahdankənar DOĞULUR

03.03.2026

Icma.az bildirir, Gununsesi saytına əsaslanaraq.

Azərbaycanda nikahdankənar doğulan uşaqların sayı azalır.

Gununsesi.info xəbər verir ki, modern.az-ın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən bildirilib ki, 2025-ci il ərzində 11 min 558 nikahdankənar uşaq dünyaya gəlib. Bu, orta hesabla hər gün 32 uşağın rəsmi nikahdan kənarda doğulduğunu göstərir.

Müqayisə üçün qeyd edək ki, 2024-cü ildə Azərbaycanda 13 228 uşaq nikahdankənar dünayaya gəlib. 2023-cü ildə bu göstərici 15 622, 2022-ci ildə isə 18 814 olub.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью