Azərbaycanda hər iki nəfərdən biri artıq çəkilidir TƏBİB nə deyir?

11.08.2026

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ölkədə 15 yaşdan yuxarı əhalinin 48,2 faizi artıq çəkidən, 10 faizi isə piylənmədən əziyyət çəkir. Əhalinin yalnız 40,4 faizi normal bədən kütlə indeksinə malikdir.

Bizimyol.info xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, yaş artdıqca artıq çəki problemi daha da dərinləşir. 45-64 yaş qrupunda əhalinin 61,1 faizi artıq çəkili, 65 yaş və yuxarı əhali arasında isə artıq çəkililərin payı 61 faizdir.

Artıq çəki və piylənmənin qarşısının alınması üçün hər hansı addımlar atılırmı?

Yaranan sualla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sorğu ünvanladıq. Qurumdan Bizimyol.info xəbər portalının sorğusuna cavab olaraq bildirilib ki, tibb müəssisələrində ailə həkimləri pasiyentlərə ilkin profilaktik məsləhətlər verir: “Piylənmə qlobal miqyasda qeyri-infeksion xəstəliklərin artmasına səbəb olan əsas risk faktorlarından biri olduğundan, bu problemlə mübarizə tək multisektoral yanaşmanın nəticəsi kimi nəzərdən keçirilir. TƏBİB bu istiqamətdə ÜST-nin tövsiyələrini rəhbər tutaraq, öz səlahiyyətləri çərçivəsində tibbi xidmətlərin təmin olunması istiqamətində müvafiq tədbirləri həyata keçirir.

Tabeliyindəki tibb müəssisələrində ailə həkimləri pasiyentlərə ilkin profilaktik məsləhətlər verir. Zəruri hallarda isə həkim-endokrinoloq və həkim-kardioloqla yanaşı xəstəliklərin erkən diaqnostika və müalicəsini təmin edir”.

Həmçinin bildirilib: “Hazırda dərman preparatları ilə təminat yalnız şəkərli diabetlə müşayiət olunan piylənmə hallarını əhatə edir. Belə ki, pasiyentdə piylənmə ilə yanaşı məhz şəkərli diabet mövcud olduqda və konservativ üsullarla nəticə əldə edilmədikdə, tibbi göstəriş əsasında müvafiq preparatlarla təmin olunur”.

Günel Həsənova, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью