Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Hökumətdən kim danışırsa, “turizm ölkə üçün vacib, prioritet sahədir”, deyir. Yaxşı, belədirsə, deməli məntiqlə hökumət turizmin inkişafı üçün əlindən nə gəlir etməlidir – elə deyilmi?!
Gəlin indi bu ilin rəsmi rəqəmlərinə baxaq: 2026-cı ilin yanvar-may aylarında Azərbaycana səfər etmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxs ölkədə ümumilikdə 943 milyon 991,7 min manat xərcləyib - bu, 2025-ci ilin eyni dövrünə nisbətən 280 milyon 754,7 min manat və ya 22,9 % azdır (azalıb)”.
“Yeni Sabah” xəbər verir ki, bu barədə iqtisadçı Natiq Cəfərli öz “Facebook” səhifəsində yazıb. O bildirib ki, turizm sahəsində xərclər xeyli azalıb. Dördpendirli pizza
“Hesabat dövründə yerləşmə xidmətlərinə çəkilən xərclər isə keçən ilin eyni dövrü ilə müqaisədə 32% AZALARAQ (yenə azalma) 171 milyon 750,2 min manat təşkil edib.
Eyni dövrdə turistlər qidalanmaya 176 milyon 707 min manat xərcləyiblər ki, bu da bir il əvvələ nisbətən 20,1 % AZDIR (ay da, yenə azalıb).
Yanvar-mayda turizm zərfinin alınmasına isə 437,5 min manat xərclənib. Ötən ilin eyni dövrü ilə müqayisədə bu xərclər 19,8 % azalıb (yenə). Nəqliyyat vasitələrinin icarəsinə 1 milyon 466,5 min manat (- 3 %), idman və əyləncə xidmətlərinə 6 milyon 453,2 min manat (- 0,7 %), malların və hədiyyələrin alınmasına 115 milyon 066 min manat (- 4,9 %), digər istiqamətlərə isə 35 milyon 692,7 min manat (- 20,1 %) xərclənib.
Hörmətli hökumət üzvləri, onlarla dəfə yazmışıq-demişik ki, turizmin multiplikativ effekti var – ardınca 9-10 sahəni dartıb-aparır. Həmin sahələr var bu yazıda, görürsünümü, hamısında azalma var – niyə, çünki, quru sərhədləri bağlı saxlamaqla, rəqabətli mühiti təsis etmədən, səyahətə təşviq edən hekayələr satmadan, turizmi inkişaf etdirmək olmaz, mümkün deyil bu...”