Azərbaycanda hərbi xidmət yaş həddinin azaldılması çağırış sistemini daha çevik və effektiv edəcək

16.12.2024

Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bildiyiniz kimi bu gün Milli Məclisin keçirilən iclasında müzakirəyə çıxarılan “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”yə təklifə əsasən “ Dinc dövrdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, gizirlər və miçmanların xidmət etdikləri son yaş həddi dəyişilməsi” təklif olunub. Qeyd etdiyim kimi bu təklif artıq postmüharibə dövrü yaşayan Azərbaycanın dinc dövrdə həqiqi hərbi xidmətdə olmağın son yaş hədləri müəyyən edir.

Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Müşfiq Cəfərov danışıb. Deputat qeyd edib ki, təklif edilən dəyişikliklər hələ müzakirə mərhələsindədir və qanunvericilikdə təsdiq olunduqdan sonra qüvvəyə minəcək: “Bu yenilik hərbi xidmətə çağırış prosesinin səmərəliliyini artırmaq və ordunun ehtiyaclarına daha çevik cavab vermək məqsədi daşıyır. Azərbaycanda mövcud qanunvericiliyə 2002-ci ildə edilən dəyişikliklə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmətə çağırışçıların yaşı 27-dən 35-ə qaldırılmışdı. Bu, əsasən Birinci Qarabağ müharibəsi zamanı hərbi xidmət keçməyən vətəndaşların orduda xidmət etməsinə imkan yaratmaq məqsədi ilə edilmişdi. Lakin hazırkı dövrdə bu yaş həddinin yenidən azaldılması təklif olunur ki, bu da müharibə dövrünün bitməsiylə izah oluna bilər”.

Müşfiq Cəfərov

“Azərbaycanda hərbi xidmət yaş həddinin azaldılması, əsasən, ölkənin çağırış sisteminin daha çevik və effektiv hala gətirəcək. 30 yaşa qədər olan çağırışçıların daha yaxşı fiziki hazırlığa malik olması reallığı nəzərə alınarsa, ordunun döyüş qabiliyyətinə müsbət təsir göstərəcəyi mütləqdir”-deyə deputat vurğulayıb.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью