Azərbaycanda hərbi xidmətə çağırış başladı

01.07.2025

Icma.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

Bu gündən Azərbaycan vətəndaşlarının hərbi xidmətə növbəti çağırışı başlayıb.

Gununsesi.info xəbər verir ki, 2007-ci ildə doğulan və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olan, habelə 1995–2006-cı illərdə doğulan, yaşı 30-dək olan, Silahlı Qüvvələrdə müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməyən vətəndaşlar iyulun 1-dən müddətli həqiqi hərbi xidmətə çağırılır.

Çağırış iyulun 30-dək davam edəcək

Eyni zamanda “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları bu gündən iyulun 30-dək ehtiyata buraxılırlar.

Qeyd edək ki, Prezident İlham Əliyev mayın 19-da Azərbaycan vətəndaşlarının 2025-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncam imzalayıb.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью