Icma.az, Apa.az saytına istinadən bildirir. Azərbaycanda hibrid və elektromobillərə ayrılan kreditlər kəskin artıb.
“APA-Economics” xəbər verir ki, bunu Bakıda keçirilən VIII Beynəlxalq Bankçılıq Forumunda çıxışı zamanı Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev deyib.
O bildirib ki, 2022-ci ilin sonuna bankların kredit portfelində elektrik və hibrid avtomobillərinin cəmi minik avtomobil portfelində payı 17.8% olduğu halda, cari ilin iyunun 30-u tarixində müvafiq göstərici 59.9% təşkil edib.
Zakir Nuriyev əlavə edib ki, Mərkəzi Bank tərəfindən requlyativ güzəştlər tətbiq edilməsi sözügedən nəqliyyat vasitələri ilə bağlı kreditləşmənin artmasına təsir edib.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.