Azərbaycanda hidrogen istehsalı üzrə yol xəritəsinin hazırlanması üçün hazırlıqlar gedir

29.10.2025

Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Hidrogen enerjisi gələcəyin enerji növlərindən birinə çevriləcək.

"APA-Economics" xəbər verir ki, bunu 13-cü Beynəlxalq Caspian Energy Forumunda Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev bildirib.

Onun sözlərinə görə, Azərbaycanda hidrogen istehsalı sahəsində yol xəritəsinin hazırlanması üçün məsləhətçi şirkətin seçimi son mərhələdədir.

Cavid Abdullayev onu da qeyd edib ki, bu layihə beynəlxalq konsaltinq şirkətləri tərəfindən böyük maraq doğurub.

"Artıq şort list hazırdır. Biz texniki tapşırığı kifayət qədər müzakirə etmişik", - Cavid Abdullayev vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью