Azərbaycanda hotel otaqlarının sayı dünya ortalamasından 2,6 dəfə azdır

20.08.2026

Icma.az, Marja.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı təsdiq edilib.

Marja xəbər verir ki, Azərbaycanda əhalinin hər 100 nəfərinə düşən hotel otaqlarının sayı dünya üzrə orta göstəricidən 2,6 dəfə aşağıdır.

Dünya İqtisadi Forumunun məlumatlarına əsaslanan Dövlət Proqramında bildirilir ki, 2021-ci ildə Azərbaycanda hər 100 nəfərə cəmi 0,25 hotel otağı düşüb.

Yerləşmə vasitələrinin məhdud tutumu turizm təklifinin genişləndirilməsini və ölkəyə daha böyük turist axınının qəbul edilməsini çətinləşdirən amillərdən biri kimi qiymətləndirilir.

Problemin aradan qaldırılması üçün yeni hotel layihələrinə investisiya təşviqi sənədlərinin verilməsi, kredit faizlərinin subsidiyalaşdırılması və yeni tikilib istifadəyə verilən hər hotel otağına görə dövlət dəstəyinin göstərilməsi planlaşdırılır.

Yeni turizm və rekreasiya zonalarında hotellər, sanatoriyalar, əyləncə obyektləri, konqres mərkəzləri və digər turizm infrastrukturu yaradılacaq.

Təklifin artırılmasının hotel qiymətlərinin optimallaşmasına, xidmət keyfiyyətinin yüksəlməsinə və turizm bazarında rəqabətin güclənməsinə səbəb olacağı gözlənilir.

 İş elanları AzVak.az-da

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью