Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bu ilin I rübündə Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına 124,9 milyon manat məbləğində 1 251 ipoteka krediti rəsmiləşdirilib ki, onun da 41,9 milyon manatı (508 kredit) güzəştli ipoteka kreditlərinin payına düşür.
525.az bu barədə Fonda istinadən xəbər verir. Məlumata görə, ümumilikdə, 2006-cı ildən indiyə qədər Fondun vəsaiti hesabına 3,4 milyard mana
Verilmiş kreditlər hesabına 53 829 ailə özünün mənzil şəraitini yaxşılaşdırıb.
İpoteka kreditlərindən faydalananların 67%-i gənclər və gənc ailələrdir.
Şəxsi yığımları yetərli olmayan əhalinin daha aşağı ilkin ödənişlə ipoteka kreditindən faydalanmasını təmin etmək məqsədilə bu il aprelin 1-nə Fond ümumilikdə 107,4 milyon manat məbləğində 1 211 zəmanətli ipoteka krediti verib.
Dövr ərzində ipoteka bazarında müvəkkil banklar arasında rəqabət mühitinin gücləndirilməsi davam etdirilib, ipoteka kreditləri üzrə maksimal faiz dərəcəsinin illik 8 % müəyyən olunmasına baxmayaraq, bir sıra banklar tərəfindən daha aşağı faiz dərəcələri ilə ipoteka kreditlərinin verilməsi davam etdirilib.
Nəticədə, yanvar-mart aylarında adi ipoteka kreditləri üzrə orta illik faiz dərəcəsi 7,5 % təşkil edib.