Azərbaycanda icbari sığorta üzrə ödənişlər 15 % artıb

26.06.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

Bu ilin yanvar-may aylarında Azərbaycanda icbari sığorta növlərinin hesabına 118,078 milyon manat sığorta haqqı toplanılıb.

Bakıvaxtı.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 31 % azdır.

Hesabat dövründə icbari sığorta növləri üzrə ödənişlərin məbləği 65,954 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 14,9 % çoxdur.

Beləliklə, 5 ayda icbari sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 55,9 manatı qədər ödəniş edilib. Bu rəqəm 1 il bundan əvvəl 33,5 manat olub.

Xatırladaq ki, bu ilin yanvar-may aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 732,633 milyon manat sığorta haqqı toplanılıb. Bu, 2025-ci ilin eyni dövrünə nisbətən 1,85 % çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 409,636 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 30,1 % çoxdur.

5 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 55,9 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 43,8 manat olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью