Azərbaycanda ictimai iaşə dövriyyəsi 13 % dən çox artıb

15.11.2025

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsi 2 milyard 239,3 milyon manat olub.

Bu barədə "Report"a Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Bildirilib ki, bu, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 13,2 % çoxdur.

Özəl sektorda ictimai iaşə dövriyyəsinin 51,1 %-i hüquqi şəxslərin, 48,9 %-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür.

Hüquqi şəxslər üzrə dövriyyə 2024-cü ilin eyni dövrü ilə müqayisədə 13 % artaraq 1 milyard 135 milyon manat olub.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью