Azərbaycanda ifaçını alqışlamırlar

31.01.2026

Icma.az xəbər verir, Axsham.az saytına əsaslanaraq.

Müğənni Günel Zeynalova Azərbaycanda tamaşaçıların ifaçıları alqışlamamasından gileylənib.

Axşam.az xəbər verir ki, "İki başlı" proqramında qonaq olan sənətçi aparıcıların "Türkiyədə, yoxsa Azərbaycanda daha çox sevilirsiniz" sualına belə cavab verib:

"Məni Ağdamda çox sevirlər. Amma hər iki ölkədə tanınıram. Amma düzünü deyim, bizdə alqışlamaq yoxdur. Doğrunu deyək. Biz ancaq deyirik ki, bizi alqışlayın. İnşallah, yavaş-yavaş olar. Sənət aləmində belə alqışlamırlar. Bir məclisdə sevdiyimiz müğənni çıxır, sənət adamları oturur və alqışlamır".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью